Modern.az

Kanada Ermənistanda səfirlik açır

Kanada Ermənistanda səfirlik açır

Aktual

30 İyun 2022, 10:45

Kanada Ermənistanda diplomatik korpus açır.

Modern.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli bildirib.

 

“Bu, ölkələrimiz arasında əlaqələri gücləndirəcək və Kanadadan Ermənistanda demokratiyaya dəstəyi artıracaq”, - Kanadanın xarici işlər naziri Tvitter-də yazıb.
 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cavabında yazıb: “Biz Kanadanın Ermənistanda daimi səfirlik açmaq qərarını alqışlayırıq. Bu, ümumi dəyərlərə əsaslanan ikitərəfli əməkdaşlığımızı daha da gücləndirəcək Ermənistan-Kanada münasibətlərinin mütərəqqi inkişafında növbəti mərhələdir”.
 

Qeyd edək ki, bu, Kanadanın Cənubi Qafqazda ilk rezident səfirliyidir.
 

Xatırladaq ki, iyunun 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kanadanın xarici işlər naziri Melani Coli ilə telefon danışığı aparıb.
 

Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığı məmnunluqla qeyd etdilər və Ermənistan-Kanada əlaqələrinin daha da dərinləşdirilməsi üçün səylər göstərməyə qarşılıqlı sadiq olduqlarını vurğuladılar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı