Modern.az

Zelenskinin mesajını Putinə çatdıran prezident danışdı

Zelenskinin mesajını Putinə çatdıran prezident danışdı

Aktual

30 İyun 2022, 20:03

İndoneziya prezidenti Coko Vidodo Rusiya prezidenti Vladimir Putinə ukraynalı həmkarı Vladimir Zelenskinin mesajını çatdırdığını bildirib.


Modern.az xəbər verir ki, Coko Vidodo Moskvaya səfəri ərəfəsində Kiyevdə olub və orada Ukrayna prezidenti ilə görüşüb.
 

"Mən prezident Zelenskinin mesajını prezident Putinə çatdırdım və iki lider arasında əlaqə yaratmağa hazır olduğumu bildirdim", - Vidodo bildirib.

İyunun 30-da Moskvada Coko Vidodo ilə Vladimir Putin arasında görüş keçirilib.

Görüşdən sonra Putin Rusiya-İndoneziya danışıqlarının yekunları üzrə jurnalistlərə deyib:

“Mən cənab prezidentə Ukrayna istiqamətində inkişaf edən vəziyyət barədə ətraflı məlumat verdim”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı