Modern.az

“Qarabağ” səfərdə “Lex”ə qarşı - Yeni mövsümün ilk matçı

“Qarabağ” səfərdə “Lex”ə qarşı - Yeni mövsümün ilk matçı

Aktual

5 İyul 2022, 07:52

Bu gün Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu yeni mövsümdə ilk matçına çıxacaq.

 

Modern.az  xəbər verir ki, Qurban Qurbanovun komandası qitənin əsas yarışının 1-ci təsnifat mərhələsində Polşa “Lex”i ilə qarşılaşacaq.


 
“Köhlən atlar” “Lex”lə ilk matçını Polşada keçirəcək. Qarşılaşma 22:00-da start götürəcək.  Komandaların cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

 

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
5 iyul


 
22:00. Lex - Qarabağ
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian Devis, Antonio Ramon Martines Moreno, Xorxe Figeroa Vaskes (hamısı İspaniya).
Polşa, Poznan.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı