Modern.az

İtaliyada fövqəladə vəziyyət elan olundu

İtaliyada fövqəladə vəziyyət elan olundu

Aktual

5 İyul 2022, 08:31

İtaliyanın 5 bölgəsində quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, bu qərar Nazirlər Şurasının iclasında Po çayı vadisi və Şərqi Alplər regionuna bitişik, onunla əlaqəli ərazilərdə su ehtiyatlarının çatışmazlığı ilə əlaqədar qəbul olunub.

 

Fövqəladə vəziyyət Emiliya-Romanya, Friuli - Venesia-Culiya, Lombardiya, Piemont və Veneto bölgələrində tətbiq edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı