Modern.az

267 nəfər din xadimi olmaq istəyir

267 nəfər din xadimi olmaq istəyir

Aktual

5 İyul 2022, 09:49

““Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib”.

 

Bu barədə Modern.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, qanunun bu tələbindən irəli gələn məsələlərin icrası məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq olunub və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

 

“Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib, Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb, eyni zamanda 24 may 2022-ci ildə elan edilmiş İslam dininə aid ibadət yerləri (məscidlər) üzrə vakant vəzifələrə sənəd qəbulu 24 iyun 2022-ci ildə başa çatıb. Göstərilən müddət ərzində komitəyə ümumilikdə 39 vakant yer üzrə 267 namizəd sənəd təqdim edib”, - rəsmi məlumatda bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı