Modern.az

Rusiyanın Xalq artisti vəfat edib

Rusiyanın Xalq artisti vəfat edib

Aktual

5 İyul 2022, 11:44

Rusiyanın Xalq artisti Sergey Valentinoviç Sosnovski uzun sürən ağır xəstəlikdən sonra 67 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Moskva İncəsənət Teatrının rəsmi saytında məlumat verilib.

 

Qeyd edək ki, S.Sosnovski 1955-ci il yanvarın 1-də Rusiyanın Krasnoyarsk vilayətində anadan olub. 1976-cı ildə İ.A.Slonov adına Saratov Teatr Məktəbini bitirdikdən sonra yerli teatrlarda oynayıb, 2004-cü ildə Oleq Tabakovun Moskva İncəsənət Teatrının truppasına daxil olmaq təklifini qəbul edib.

 

Aktyorun teatrdakı son işləri olaraq rejissor Yekaterina Polovtsevanın "Venesiya taciri"ndə - (Şeylok), Sergey Jenovaçın "Stalinqrad səngərlərində" - (Sumarokov) və digər tamaşalarda olan rollarını göstərmək olar.

 

Bundan əlavə, Sergey Sosnovski “Cənab Qolovlyovlar”, “Apostol”, “Odessa” kimi filmlərdə, həmçinin “Mətbəx”, “Trotski” və “Metod” seriallarında oynadığı rollarla da tanınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı