Modern.az

Kürdən ölkəyə daxil olan su 27 faiz AZALIB

Kürdən ölkəyə daxil olan su 27 faiz AZALIB

Aktual

5 İyul 2022, 12:10

Kür çayından ölkəyə daxil olan su son 10 ildə 27 faiz azalıb.

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

U.Tağıyeva vurğulayıb ki, Kür çayının mənsəbində sululuq son 10 ildə 45 faiz azalıb:

 

"Kür çayından ölkəyə daxil olan suyun miqdarı norma ilə müqayisədə son 10 ildə 27 faiz azalıb. Kür çayında sululuq göstəricisi 1961-1990-cı illərdə 273, 1991-2011-ci illərdə 252, 2011-2020-ci illərdə isə 200 m³/san olub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı