Modern.az

İsveç Ukraynanın bərpasına 70 milyon ayıracaq

İsveç Ukraynanın bərpasına 70 milyon ayıracaq

Aktual

5 İyul 2022, 13:48

İsveç Ukraynaya 70 milyon kron (7 milyon dollardan çox) yardım ayıracağına söz verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin beynəlxalq əməkdaşlıq və inkişaf naziri Matilda Ernkras deyib.

 

Nazirin sözlərinə görə, bu, Ukraynanın bərpası üzrə beynəlxalq proqrama yalnız ilkin töhfədir:



"Bu yardım minaların təmizlənməsi, enerji səmərəliliyi, regional həllər kimi fəaliyyətlər üçün istifadə oluna bilər. İsveç Ukraynanın uzunmüddətli tərəfdaşıdır və ona humanitar, makroiqtisadi sahələrdə maliyyə yardımı edir, silah və digər hərbi texnika verir, həmçinin böhranın həlli üçün hərtərəfli səylər göstərir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı