Modern.az

BMU tələbəsi ABŞ-da doktoranturada oxuyacaq

BMU tələbəsi ABŞ-da doktoranturada oxuyacaq

Aktual

5 İyul 2022, 15:02

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasinin sonuncu kurs tələbəsi Lamiə Hidayətovaya Almaniyanın FH Münster Universitetinin magistratura, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma Universitetinin isə birbaşa doktorantura pilləsinə qəbul təklifi gəlib.

 

BMU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, iki xarici ölkənin ali təhsil müəssisəsi arasında seçimini edən L.Hidayətova təhsilini Oklahoma Universitetində Kimya və biokimya (Chemistry and Biochemistry) ixtisası üzrə doktorantura pilləsində davam etdirəcək. Onun bu universitetdən qazandığı təqaüdün məbləği 40 min ABŞ dolları təşkil edir.

 

Bununla yanaşı, L.Hidayətova həmin universitetdə ilk il müəllim köməkçisi (teaching assistant), növbəti illərdə isə elmi işçi (research assistant) vəzifələrində çalışacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı