Modern.az

Ukraynanın bərpası planı təsdiqləndi

Ukraynanın bərpası planı təsdiqləndi

Aktual

5 İyul 2022, 15:20

İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı beynəlxalq konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal tviter səhifəsində yazıb.

 

O bildirib ki, toplantıda Ukraynanın bərpası planı təsdiqlənib: “Dövlət və hökumət başçıları, nazirlər və yüksək səviyyəli nümayəndələr Ukraynanı ölkə tam bərpa olunanadək dəstəkləməyə söz verdilər. Ukrayna tərəfdaşlarla birlikdə yenidən qurulacaq. Bu barədə konfransın yekun bəyannaməsində yazılıb. Konfransda bərpa planının əsas prinsipləri də təsdiq edilib. Dəstəklərinə görə tərəfdaşlara təşəkkür edirik!”, - hökumət başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı