Modern.az

Rusiyada azərbaycanlılar göldə boğuldu

Rusiyada azərbaycanlılar göldə boğuldu

Aktual

5 İyul 2022, 16:06

Rusiyanın Moskva şəhərinin cənubunda yerləşən Gertsen gölündə iki azərbaycanlı boğulub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iyulun 4-də günorta saatlarında ərazidə dincələn iki kişinin sənədləri və telefonları sahildə qalıb.

 

İstirahət edənlər onların suda gözdən itdiklərini müşahidə ediblər. Hadisə yerinə gələn dalğıclar günorta saatlarında iki meyiti sudan çıxarıblar.

 

Ölənlər Azərbaycan vətəndaşları 28 və 20 yaşlı şəxslərdir. Onlar Moskvadakı gölün yaxınlığında yaşayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə