Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İtaliyanın Baş naziri Mario Draqi ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Liderlər qeyri-qanuni miqrasiya ilə mübarizə, regional əməkdaşlıq, Ukrayna və Liviyadakı vəziyyəti müzakirə ediblər.
Ərdoğan Ukrayna münaqişəsində danışıqlar prosesinə qayıtmağın və taxıl dəhlizinin açılmasının vacibliyini vurğulayıb.
Akif İsmayılov