Modern.az

Azərbaycanda Qurban bayramıdır 

Azərbaycanda Qurban bayramıdır 

Aktual

9 İyul 2022, 00:02

Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, bu il Qurban bayramı iyulun 9-u və 10-u qeyd edilir.

 

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. İyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tövsiyələrində isə deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər.

 

İyul ayının 9-da məscidlərdə birgə bayram namazları qılınacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı