Modern.az

Evdən meyit tapıldı

Evdən meyit tapıldı

Aktual

9 İyul 2022, 16:43

Fövqəladə Hallar Nazirliyinin “qaynar xətt”inə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.

 

Orada aşkarlanan 1965-ci il təvəllüdlü Kərimov Arif Hidayət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı