Modern.az

Sabirabadda ev yandı

Sabirabadda ev yandı

Aktual

9 İyul 2022, 17:16

Sabirabad rayonunun Türkədi kəndində ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 260 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə, yüksək temperaturdan bitişik, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin lambirdən ibarət tavanı 5 m² sahədə qarsalanıb.

 

Talvarın və köməkçi tikilinin qalan hissəsi, bitişik ümumi sahəsi 25 m² olan digər köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı