Modern.az

İsa Qəmbər: “Əli Həsənov suallara aydınlıq gətirməlidir”

İsa Qəmbər: “Əli Həsənov suallara aydınlıq gətirməlidir”

Aktual

12 Mart 2013, 17:36

“Dialoqla bağlı Müsavat partiyasının mövqeyi dəyişməyib. Biz bu barədə dəfələrlə fikirlərimizi demişik”. Bu sözləri Müsavat başqanı İsa Qəmbər Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun müxalifətlə dialoqun aparılacağı ilə bağlı bəyanatını Modern.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, hakimiyyətlə dialoq məsələsi vaxtaşırı gündəmə çıxarılır və müzakirə olunur. “Bizim mövqeyimiz bəllidir. İndiki vaxtda bu təşəbbüsü Əli Həsənov səsləndirdyi üçün bütün suallara da o aydınlıq gətirməlidir”-deyə Müsavat başqanı vurğulayıb.

Anar Rüstəmov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı