Modern.az

İTV-nin Yayım Şurasına namizədlərin irəli sürülməsi müddəti uzadılıb

İTV-nin Yayım Şurasına namizədlərin irəli sürülməsi müddəti uzadılıb

Aktual

12 Mart 2013, 17:57

“İctimai televiziya və radio yayımı haqqında" Qanunun 17.4-cü maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına idman federasilayarı, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərin 6 (altı) illik

səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 7.4-cü,  "İctimai televiziya və radio yayımı haqqında" Qanunun tətbiq edilməsi barədə" Prezidentin Fərmanının 3.1-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış olan idman federasiyaları, dini konfessiyalar, yaradıcılıq təşkilatları - təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə elan edilmiş müsabiqənin müddəti 19 mart 2013-cü il tarixədək uzadılıb.

Teüleradio Şurasından Modern.az-a bildirilib ki, göstərilən təşkilat qrupları üzrə namizədlərin seçilməsi 19 mart 2013-cü il tarixədək təmin edilməli, yekun protokollar və seçilmiş namizədlər barədə məlumatlar Milli Televiziya və Radio Şurasına (Ünvan: Nizami küç., 105, əlaqə: 012-598-36-59) təqdim edilməlidir.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı