Modern.az

Sabahın hava proqnozu açıqlandı - 42 dərəcə isti

Sabahın hava proqnozu açıqlandı - 42 dərəcə isti

Aktual

13 İyul 2022, 12:50

Sabahın hava proqnozu açıqlanıb. 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.


Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı