Modern.az

“Artilleriyanın atası” - Milli Qəhrəman İlqar Mirzəyev haqqında film

“Artilleriyanın atası” - Milli Qəhrəman İlqar Mirzəyev haqqında film

Aktual

13 İyul 2022, 13:10

İyulun 14-ü, saat 19:00-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevə həsr olunmuş “Artilleriyanın atası” sənədli filminin təqdimatı keçiriləcək.

 

Bu barədə Modern.az-a "Azəbaycanfilm” kinostudiyasından bildirilib.

 

Qeyd olunub ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal edilib.

 

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyev haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Musazadə Kamalə Mehralı, operatoru Soltan Abdullayev, montajçıları Musazadə Kamalə Mehralı və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı