Modern.az

"Cinsini dəyişən oğlumla qürur duyuram" - Xalid Hüseyn

Aktual

13 İyul 2022, 14:32

Dünyaca məşhur “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi”, “Dəniz duası” romanlarının müəllifi, məşhur yazıçı Xalid Hüseyninin oğlu da cinsiyyətini dəyişib.

 

Modern.az xəbər verir ki, əfqan yazıçı bu barədə öz "Facebook" hesabında bildirib.

 

“Mən bir ata kimi onunla qürur duyuram. İndi bir yox, iki gözəl qızım olduğu üçün şadam. Ən çox da Harisin qorxmazlığından, özünün əsl şəxsiyyətini dünya ilə bölüşmək cəsarətindən ilham alıram. Mən qızımı sevirəm. Ailəmiz kimi mən də onun hər addımında yanında olacağam”, - deyə Hüseyni bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl Tesla şirkətinin rəhbəri, məşhur İlon Maskın oğlu da cinsiyyətini dəyişib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı