Modern.az

Türkiyə-Ermənistan sərhədini İsrail şirkəti minadan təmizləyir

Türkiyə-Ermənistan sərhədini İsrail şirkəti minadan təmizləyir

Aktual

13 İyul 2022, 14:24

Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “gazeteKars” məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə-Ermənistan sərhədinin minalardan təmizlənməsini İsrail şirkət həyata keçirir. Qeyd edilib ki, Qars əyalətinin Hakyaka rayonunun İbiş kəndində 20 gündür minalardan təmizləmə işləri görülür.

 

Məlumata görə, gündəlikdə duran əsas məsələ “Doğukapı” sərhəd-keçid məntəqəsinin, “Alican” avtomobil və dəmir yolunun açılmasıdır.

 

Rəsmi qurumlara məsələni şərh etməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı