Modern.az

Metro da gedişhaqqının qaldırılmasını istəyir? - Rəsmi AÇIQLAMA

Metro da gedişhaqqının qaldırılmasını istəyir? - Rəsmi AÇIQLAMA

Aktual

13 İyul 2022, 15:43

“Bakı Metropoliteni” QSC metropolitendə gedişhaqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, gedişhaqqı ilə bağlı Bakı metropoliteni Tarif Şurasına müraciət etməyib.

 

"Ümumiyyətlə, bildirmək istəyirik ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən, maliyyə hesabatını təqdim edir. Bununla belə, gedişhaqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb", - B.Məmmədov deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı