Modern.az

Bayden üçün vacib səfər

Bayden üçün vacib səfər

Aktual

13 İyul 2022, 17:12

ABŞ prezidenti Co Baydenin İsrailə səfəri başlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, analitiklər bu səfəri Baydenin siyasi karyerası üçün vacib. hesab edirlər

Bayden İsrailə və İordan çayının qərb sahilinə səfər edəcək və marşrutunun son nöqtəsi Səudiyyə Ərəbistanı olacaq.
 

Orada təkcə Ər-Riyadla deyil, Körfəzin digər altı ölkəsi, eləcə də Misir, İraq və İordaniyanın dəvət olunmuş liderləri ilə danışıqlar aparılacaq.

Baydenin Yaxın Şərq turu regionun illər və hətta onilliklər üçün taleyini müəyyən edə və təbii ki, qlobal proseslərin inkişafına təsir göstərə bilər.
 

İndi ABŞ-da yanacağın qiymətinin artması nəticəsində rekord inflyasiya yaşanır və adi amerikalılara bunun səbəbini izah etmək çətinləşir. Bayden bu məsələlərin həlli istiqamətində danışıqlar aparacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı