Modern.az

Yanıq xəsarətləri alan qazinin vəziyyəti stabildir - TƏBİB

Yanıq xəsarətləri alan qazinin vəziyyəti stabildir - TƏBİB

Aktual

14 İyul 2022, 00:00

TƏBİB yanıq xəsarətləri alan qazi ilə bağlı açıqlama yayıb.

 

Qurumdan Modern.az-a bildirilib ki, Ağdaş rayon sakini, II Qarabağ müharibəsinin iştirakçısı Elvin Məmmədov məişət şəraitində ehtiyatsızlıqdan bədəninin döş qəfəsinin, qarın nahiyyəsinin, sol qolun yanığı diaqnozu ilə 10 iyul 2022-ci ildə xəstəxanaya müraciət edib.

 

"Xəstəyə Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım göstərilərək, Nərimanov Tibb Mərkəzinə təxliyə edilib. Vəziyyəti stabildir və qısa müddət ərzində ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur", - məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı