Modern.az

Çempionlar Liqasında günün NƏTİCƏLƏRİ

Çempionlar Liqasında günün NƏTİCƏLƏRİ

Aktual

14 İyul 2022, 07:48

Futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.

 

Modern.az xəbər verir ki, ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

 

“Ferentsvaroş” Macarıstanda Qazaxıstan “Tobol”unu qəbul edib. Komandalar arasındakı ilk görüşdə hesab açılmamışdısa, bu dəfə macarlar darmadağına imza atıblar.

 

“Dinamo” (Batumi) klubu Gürcüstanda Slovakiyanın “Slovan” (Bratislava) kollektivi ilə üz-üzə gəlib. Bratislavadakı ilk qarşılaşmada da qolsuz heç-heçə qeydə alınmışdı. Cavab görüşündə isə qonaqlar qalib gəliblər.

 

Beləliklə, son günün nəticələrindən sonra “Slovan”, “Bodo Qlimt”, “Maribor”, “Ferentsvaroş”, “Pünik” və “Linfild” komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

 

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
13 iyul

 

Dinamo (Batumi, Gürcüstan) – Slovan (Bratislava, Slovakiya) 1:2
İlk oyun – 0:0

 

Klaksvik (Farer adaları) – Bodo Qlimt (Norveç) 3:1
İlk oyun – 0:3

 

Şaxtyor (Soliqorsk, Belarus) – Maribor (Sloveniya) 0:2
İlk oyun – 0:0

 

Ferentsvaroş (Macarıstan) – Tobol (Qazaxıstan) 5:1
İlk oyun – 0:0

 

ÇFR (Rumıniya) – Pünik (Ermənistan) 2:2 (penaltilər 3:4)
İlk oyun – 0:0

 

Linfild (Şimali İrlandiya) – TNS (Uels) 2:0
İlk oyun – 0:1

 

Keçirilən oyunlardan sonra 2-ci təsnifat mərhələsində üz-üzə gələcək komandaların siyahısı dəqiqləşib.

 

2-ci təsnifat mərhələsi

 

Ferentsvaroş (Macarıstan) – Slovan (Bratislava, Slovakiya)


Dinamo (Zaqreb, Xorvatiya) – Şkupi (Şimali Makedoniya)


Qarabağ (Azərbaycan) – Sürix (İsveçrə)


HJK (Finlandiya) – Viktoriya (Plzen, Çexiya)


Linfild (Şimali İrlandiya) – Bodo Qlimt (Norveç)


Jalgiris (Litva) – Malmö (İsveç)


Ludoqorets (Bolqarıstan) – Şemrok Rovers (İrlandiya)


Maribor (Sloveniya) – Şerif (Moldova)


Makkabi (Hayfa, İsrail) – Olimpiakos (Yunanıstan)


Pünik (Ermənistan) – Düdelanj (Lüksemburq)


Midtyulland (Danimarka) – AEK (Kipr)
Dinamo (Kiyev, Ukrayna) – Fənərbaxça (Türkiyə)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı