Modern.az

Şri-Lankadakı nümayişlərdə 84 nəfər yaralanıb

Şri-Lankadakı nümayişlərdə 84 nəfər yaralanıb

Aktual

14 İyul 2022, 09:56

Şri-Lankada baş nazirin ofisini və parlament binasını ələ keçirməyə cəhd edən etirazçılarla polis arasında baş vermiş toqquşma nəticəsində 80-dən çox insan yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə cümə axşamı “Daily Mirror” qəzeti məlumat yayıb.


Nəşrin məlumatına görə, çərşənbə günü günorta və axşam 84 nəfər paytaxt Kolombodakı xəstəxanalara aparılıb. Onların yarısı (42 nəfər) çərşənbə günü axşam etirazçıların parlament kompleksinə soxulmaq cəhdi zamanı yaralanıb, qalanları isə gün ərzində baş nazirin ofisinin ələ keçirilməsi zamanı qarşıdurmalarda xəsarət alıb.


Qurbanlar arasında beş qadının olduğu bildirilib. Toqquşmalarda bir əsgər, iki polis və iki jurnalist də yaralanıb.


Aprelin sonunda Kolomboda prezident Qotabai Rajapaksa hökumətinə qarşı kütləvi küçə etirazları başlayıb. Küçə nümayişçiləri hökuməti ölkə tarixində ən ağır iqtisadi böhrana səbəb olan iqtisadi siyasət yürütməkdə ittiham edirlər.

Şənbə günü, iyulun 9-da etirazçılar Şri-Lanka prezidentinin və baş nazirinin iqamətgahlarını ələ keçiriblər. İyulun 13-ü çərşənbə günü səhər saatlarında əvvəllər istefa vermək niyyətində olduğunu bildirən prezident Rajapaksa ölkəni tərk edib. Çərşənbə günü etirazlar müxalifətin gözləntilərinin əksinə olaraq, prezidentin vəd etdiyi istefanı parlament sədrinə təhvil verməməsindən və etirazçıların da istefasını tələb etdiyi baş nazir Ranil Vikremesinqheni müvəqqəti prezident təyin etməsindən sonra yenidən başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı