Özbəkistan Ali Məclisinin (parlamentinin) Qanunvericilik (aşağı) palatası və Senatı cümə axşamı birgə iclasında iğtişaşların baş verdiyi Qaraqalpaqıstanda komendant saatının dörd saat azaldılması haqqında ölkə prezidenti Şavkat Mirziyoyevin fərmanını təsdiqləyib.
Modern.az xəbər verir ki, Ş.Mirziyoyev çərşənbə günü regionda vəziyyətin sabitləşməsi ilə əlaqədar Qaraqalpaqıstanda komendant saatının 4 saat - 23.00-dan 5.00-a endirilməsi haqqında fərman imzalayıb. İyulun 3-dən komendant saatı saat 21.00-dan 7.00-a qədər qüvvədə idi.
İyulun 1-də Qaraqalpaqıstanın paytaxtı Nukusda Özbəkistan Konstitusiyasına dəyişikliklərlə bağlı nümayiş keçirilib. Bölgənin hakimiyyət orqanlarını ələ keçirməyə cəhd edən iğtişaşların təşkilatçıları saxlanılıb. Daha sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev iyulun 3-dən avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət, habelə göstərilən müddətə komendant saatı tətbiq edib. İyulun 3-də Mirziyoyevin iştirakı ilə keçirilən konfrans zamanı Qaraqalpaqıstanda vəziyyətin stabilləşdiyi və normala döndüyü qeyd olunub.