Modern.az

Daşkəsən Gürcüstanın Dmanisi rayonu ilə QARDAŞLAŞDI

Daşkəsən Gürcüstanın Dmanisi rayonu ilə QARDAŞLAŞDI

Aktual

14 İyul 2022, 10:26

İyulun 13-də Gürcüstanın Kvemo-Kartli regionunun qubernatoru Giorgi Doxturişvilinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat nazirİ Mikayıl Cabbarovun rəhbərli ilə keçirilən görüşdə hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyi vurğulanıb. 

 

Modern.az xəbər verir ki, görüşdə Gürcüstanın Kvemo-Kartli regionunun və ölkəmizin bölgələri arasında, o cümlədən Daşkəsən rayonu ilə Dmanisi rayonunun qardaşlaşması haqqında saziş imzalanıb. İki ölkə arasında uzunmüddətli dostluq və mehriban qonşuluq münasibətlərinə əsaslanaraq qardaşlaşma haqqında sazişi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və Dmanisi rayonunun meri Koba Muradaşvili imzalayıblar. Sənəd Azərbaycan, gürcü və ingilis dillərində hazırlanıb.

 

Sənəddə nəqliyyat, İKT, mədəniyyət, turizm, sahibkarlıq, şəhər planlaşdırması, enerji səmərəliliyi, gənclər və idman, tullantıların idarə olunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. məsələlər əks olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı