Modern.az

Paşinyan Makronu Ermənistana dəvət etdi

Paşinyan Makronu Ermənistana dəvət etdi

Aktual

14 İyul 2022, 12:02

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidentini ölkənin milli bayramı - Bastiliyanın alınması günü münasibətilə təbrik edib.
 

Modern.az-ın məlumatına görə, Paşinyan qeyd edib ki, Ermənistan Fransa ilə minilliklər boyu mövcud olan zəngin erməni-fransız təmaslarına, eləcə də möhkəm sivilizasiya və dəyərlərə söykənən imtiyazlı dostluğu yüksək qiymətləndirir.
 

Onun sözlərinə görə, Ermənistan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunu və onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması və ədalətli həlli prosesində iştirakını yüksək qiymətləndirir.
 

Paşinyan Makronu Ermənistana dövlət səfərinə dəvət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı