Modern.az

Dövlət Komitəsi büdcəyə 2,5 milyard manat köçürüb

Dövlət Komitəsi büdcəyə 2,5 milyard manat köçürüb

Aktual

14 İyul 2022, 11:46

Yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 539,7 milyon manat olub.

 

Komitədən Modern.az-a bildirilib ki, altı ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 638 milyon 309 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 802 milyon 832 min manat, aksizlər üzrə 69 milyon 913 min manat, yol vergisi üzrə isə 28 milyon 687 min manat təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!