Modern.az

Samux sakinində "marixuana" aşkarlandı

Samux sakinində "marixuana" aşkarlandı

Aktual

16 İyul 2022, 09:38

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq cinayətləri törətmiş Möhsün Əliquliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

 

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Türkiyəli diplomatdan canlıda ağır sözlər - Bakıya hücum edənlər...