Modern.az

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Aktual

16 İyul 2022, 10:28

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

 

Modern.az-ın məlumatına görə, o, Avstriyada "Rapid" (Vyana) və Polşanın "Lexiya" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda baş hakim olacaq.

 

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı