Modern.az

Ehtiyatda olan hərbçilərin toplanışı davam edir

Ehtiyatda olan hərbçilərin toplanışı davam edir

Aktual

16 İyul 2022, 11:42

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

 

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı