Azərbaycan Respublikası Milli Məclisinin deputatı Milli Dirçəliş Hərəkatı partiyasının sədri Fərəc Qulıiyevin Milli Məclisin 15 mart 2013-cü ildəki iclasında Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqda hesabatına münasibət bildirib. Deputat deyib ki, hesabatın zəif həlqəsi yenə də qeyri-neft sektorunda müəyyən artım olmasına baxmayaraq, hələ də iqtisadiyyatımızın neftdən asılılığının yüksək səviyyədə qalmasıdır:
«Xarici ticarətdə ixracın strukturuna baxdıqda yenə də xam neft(84,63%) və neft məhsullarinin(5,53%) üstünlüyü görünür. Neft sektoru və bir cox sahələrdə xammal və yarımfabrikatlar satışı əvəzinə son məhsul satışı hədəflənsəydi,ölkə həm daha çox qazanar,hə də yeni iş yerlərinin açılması da gercekləşərdi». Deputatın sözlərinə görə, özəl sahibkarlıq fəaliyyəti üçün hələ də problemlər qalmaqdadır. Monopoliya və yersiz müdaxilələr xidmət və ticarət sahələrində də artım tempini kifayət qədər əngəlləyib: «Özəl sektorun inkişafını təsdiq edən və rəqabət mühitini təkmilləşdirən institutların real fəaliyyət qabiliyyətli olması üçün mütləq monopoliya siyasətnə son qoyulmalıdır. Bu investisiya mühitinin yaxşılaşmasına da təsir edər. Monopoliya və məmur özbaşınalığının qarşısını almaq üçün məmurların gəlir bəyannaməsini təqdim etməsi labüddür. Məmurların gəlir bəyannaməsini təqdim etməsi barədə layihənin icrası Nazirlər Kabinetinin üzərindədir. Bunun üçün bəyannamə forması qəbul olunmalıdır. Lakin hələlik bu forma qəbul olunmayıb».
Fərəc Quliyev bildirib ki, aqrar sənaye ölkəsi olmağımıza və bütün imkanlar olmasına baxmayaraq ,əyalətlərdə aqrar sahənin inkişafı dünya bazarına rəqabət qabiliyyətli məhsul çıxarma səviyyəsinə çatdirilmayib. Ölkədə məhsuldar qüvvələrin potensialından səmərəli istifadə olunması üçün əsasən əyalətlərdə yeni iş yerlərinin açılması və urbanizasiyanın qarşısının alınması istiqamətində tədbirlər görülməsinə ehtiyac hələ də qalır: «Yerli resurs və xammalla işləyən, həm də ixrac qabiliyyətli məhsullar istehsal edən sənaye müəssısələrinin yaradılması və bunun əyalətlər üzrə bölüşdürülməsi qənaətbəxş sayıla bilməz. Bu istiqamətdə görülməli olan tədbirlər sosial strukturların üzərinə düşən yükü də azaldardı. Bunun nəticəsidir ki,idxaldan asılılığın azaldılması,gündəlik tələbat malları ilə özünü təminetmə istiqamətində işlər də qane edici sayıla bilməz. İdxalın strukturunda 11,02% ərzaq məhsullarına düşür ki,bunun da əksər hissəsi ölkədə istehsal oluna bilən məhsullardır.Bu da fikirimizi təsdiqləyir.
Mən keçən il verdiyim təklifi yenidən Nazirlər kabinetinin nəzərinə çatdırıram; kommunal sektorun idarəetməyə verilməsi ən vacib məsələlərdən biri olmalıdır. Söhbət istilik təchizatı, elektrik enerjisi və qaz sektorundan gedir. Dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.Kommunal sektorun dövlət nəzarətində olması səbəbindən ora dövlət büdcəsindən çoxlu pul buraxılmasında maraqlı olurlar.Böyük vəsait ayrılmasına baxmayaraq,yenə də bu sahədə vəziyyət ürəkaçan deyil».
Deputat onu da əlavə edib ki, 2012-ci ildə elmin inkişafı üçün ayrılan 123,4 milyon manat, o cümlədən Milli Elmlər Akademiyasna ayrılan 74 milyon manat vəsait azdır: «Elmə, təhsilə, səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsait və bu sektorda çalışanların əmək haqqı bir neçə dəfə artırılmalıdır. Bir çox səhiyyə muəssisələrində yenidənqurma işlərini aparılması təqdirəlayiq haldır. Yeri gəlmişkən, cənab Baş nazirdən xahiş edirəm ki, Suraxanı rayonunda yerləşən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş ”Oriqami” Reablitasiya Mərkəzinin fəaliyyətini vəsait çatmazlığından dayandirmaq təhlükəsini aradan qaldırmağa yardımçı olsun.
Ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasətinin prioritetləri kimi,çox uşaqlı ailələrə stimul verəcək proqramın işlənməsi vacibdir. Heç kəsə sirr deyil ki, ailə qurma yaş həddi artıb. Gənclərimizin əksəriyyəti mənzil problemi,maddi durum ucbatından gec ailə qurur və ya qazanc və daha rahat yaşam şəraiti axtarışı məqsədilə ölkəni tərk etmək məcburiyyətində qalırlar. Rusiya kimi ölkələr gənclərimizi əlimizdən almaq üçün xüsusi ailə planlaşdırma proqramları həyata keçirirlər.Rus qadınları ilə evlənənlərin qeydiyyata alınması,vətəndaşlıq verilməsi,cox uşaqlı ailələrə xususi imtiyaz, birdəfəlik və müntəzəm yardımların edilməsi hamımıza məlumdur.
Dövlət Neft fondunun vəsaitləri aşağı-illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur.Təklif edirəm ki,Dövlət Neft fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilsin və əsgərlikdən qayidan kənd rayonlarında yaşayan bütün gənclərə istinasız olaraq illik 3 faiz olmaq şərti ilə təsərrüfat fəaliyyəti üçün kredit və torpaq sahəsi,daimi yaşayış yeri şəhər olan gənclərə şəhər ətrafında mənzil tikmək üçün torpaq sahəsi və iş qurması üçün müvafiq layihə təkliflərinə uygun olaraq eyni faizlə kreditlər nəzərdə tutan dövlət siyasəti proqramı hazırlansın.
Daha bir təklifimi təkrarlamaq məcburiyyətindəyəm. Hesab edirəm ki,uzun illərdir mənzillərində məcburi köçkünlər məskunlaşan, kirayədə qalmaq məcburiyyətində qalan vətəndaşların,xüsusilə hərbçilərin mənzillərini özlərinə qaytarmaq üçün bu mənzillərdə məskunlaşan məcburi köçkünlərin ilk növbədə mənzillə təmin olunması yönündə addımlar atılmalı,hərbçilərimizin mənzilləri sahiblərinə qaytarılmalıdır».
Modern.az