Modern.az

İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı

İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda saxlanıldı

Aktual

29 Avqust 2026, 17:21

Gürcüstan-Türkiyə sərhədində İnterpolun “qırmızı bülleten”i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Georgia Online” Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Gürcüstan DİN-in Patrul Polisi Departamentinin əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında beynəlxalq axtarışa verilmiş şəxsi “Sarpi” gömrük-sərhəd buraxılış məntəqəsində saxlayıblar.

Məlumata görə, həmin şəxs xuliqanlıq və başqasının əmlakını qəsdən zədələməkdə ittiham olunur.

Azərbaycan vətəndaşının ölkəyə ekstradisiyası ilə bağlı Gürcüstan qanunvericiliyində nəzərdə tutulan prosedurlara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...