Ukraynada müharibə başlayandan indiyədək Rusiyanın 40 670 hərbçisi məhv edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, canlı qüvvə itkisi ilə yanaşı, Rusiya ordusunun digər döyüş itkiləri 1759 tank, 3995 zirehli döyüş maşını, 906 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 733 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 889 avtomobil texnikası və avtosistern, 78 xüsusi texnikadan ibarətdir.
Bu günədək Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Xatırladaq ki, Rusiya bu ilin fevral ayının 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.