Modern.az

Bakını çirkləndirənlər CƏRİMƏLƏNDİ

Bakını çirkləndirənlər CƏRİMƏLƏNDİ

Aktual

30 İyul 2022, 13:46

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

İyulun 27-də keçirilən növbəti belə tədbirlər zamanı Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində “QAZ-52” markalı avtomobillə Hövsan su kanalına çirkab suların boşaldılması, Sabunçu rayonunun Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən əraziyə isə “Ford Cargo” markalı 2 avtomobillə məişət tullantılarının boşaldılması və qalaqlanması faktları aşkar edilib.

 

İnzibati Xətalar Məcəlləsinin 266.1-ci (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduqlarına görə həmin avtomobillərin sürücüləri Ş.Əliyev, F.Kərimov və E.Quliyev barəsində inzibati protokollar tərtib olunub.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı