Modern.az

Pensiya təminatı ilə bağlı müqavilə TƏSDİQ EDİLDİ

Pensiya təminatı ilə bağlı müqavilə TƏSDİQ EDİLDİ

Aktual

30 İyul 2022, 17:06

Prezident İlham Əliyev "Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" Müqavilənin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" sazişin təsdiq edilməsi barədə" qanunun ləğv edilməsi haqqında qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, bununla “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiqlənib.

 

Bundan başqa, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-IIQ nömrəli qanunu ləğv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Təhqir edənlərin dediklərini 10 qatı ilə sülaləsinə qaytarıram