Modern.az

“Qarabağ” Avropanın ən yaxşı 100 klubu arasında

“Qarabağ” Avropanın ən yaxşı 100 klubu arasında

Aktual

30 İyul 2022, 17:12

Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan siyahıda bir komanda - Ağdamın “Qarabağ” klubu ilə təmsil olunub. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.

 

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.



“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.



Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.



Qeyd edək ki, qardaş Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təhqir edənlərin dediklərini 10 qatı ilə sülaləsinə qaytarıram