Modern.az

TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi

Aktual

19 Mart 2013, 12:51

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. Müraciətdə bildirlib ki, TQDK  tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz bayramından sonrakı ilk iş günlərində) aparılacaq.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı