Modern.az

“Qarabağ”ın pley-offdakı rəqibi məlum oldu

“Qarabağ”ın pley-offdakı rəqibi məlum oldu

Aktual

2 Avqust 2022, 14:24

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində püşkatma keçirilib.

 

Püşkün nəticəsinə əsasən, "Qarabağ" komandası III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

 

"Qarabağ" klubu "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı