Modern.az

Separatçılara ölümcül zərbə - Qisas əməliyyatı davam edir

Separatçılara ölümcül zərbə - Qisas əməliyyatı davam edir

Aktual

3 Avqust 2022, 18:22

Bu gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. Erməni mediasında yayılan məlumatlara görə, əməliyyat nəticəsində 4 silahlı məhv edilib, azı 15 separatçı isə yaralanıb. 

 

Antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.

 

Bu barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun başladığı əməliyyatın məqsədi separatçıları cəzalandırmaqdır:

 

"Antiterror əməliyyatı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ ərazilərində yerləşən erməni silahlılarının dəfələrlə müxtəlif vaxtlarda atəşkəsi pozması və nəhayət, bu gün Azərbaycan əsgərinin şəhid olmasından sonra keçirilib. Artıq kifayət qədər düşmənin canlı qüvvəsi, texnikası, sığıncaqları və kazarması məhv edilib".

 

 

Ekspertin sözlərinə görə, hazırda əməliyyatlar davam edir:

 

"Görünən odur ki, Ermənistan artıq ən qısa zamanda Qarabağdakı qoşunlarının bir hissəsini çıxarmağa çalışacaq. Başqa sözlə desək, Azərbaycan ərazi bütövlüyünü təmin etmək və Ermənistanı birgə bəyanatın şərtlərini yerinə yetirməyə məcbur etmək üçün cəzalandırma əməliyyatını keçirməyə məcbur oldu. Siyasi diplomatik üsullar nəticə vermədi, əksinə bizim əsgərin həyatına qəsd olundu. Şəhid verdik. Təbii ki, bu  Azərbaycan tərəfindən heç vaxt bağışlanmayacaq səhv idi. Bunun da bədəlini erməni silahlıları və onları Qarabağdan çıxarmalı olan Rusiya sülhməramlıları, Ermənistan siyasi rəhbərliyi ilə bərabər çox ağır şəkildə ödəyəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?