Modern.az

Lavrov Ceyhun Bayramovla sıx təmasdadır - Rusiya XİN

Lavrov Ceyhun Bayramovla sıx təmasdadır - Rusiya XİN

Aktual

4 Avqust 2022, 16:18

“Rusiyanın ali rəhbərliyi, xüsusən də xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistandan olan həmkarları ilə sıx təmasdadır".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

 

XİN-dən bildirilib ki, Rusiya sülhməramlıları yerlərdə vəziyyətin sabitləşməsi üçün səylər göstərir.

 

"Hər iki tərəflə bütün səviyyələrdə, o cümlədən ölkənin ali rəhbərliyi ilə aktiv iş aparılır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı və erməni həmkarları ilə sıx təmasdadır", - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır