Modern.az

Qarabağ erməniləri İrəvanda etiraza qalxdı

Qarabağ erməniləri İrəvanda etiraza qalxdı

Aktual

8 Avqust 2022, 11:28

Qarabağdan qaçan ermənilər ABŞ-ın İrəvandakı səfirliyi yaxınlığında etiraz aksiyası keçiriblər.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Narazı ermənilər Ermənistan hakimiyyətindən onlara qaçqın statusu verilməsini tələb ediblər. Onlar ABŞ səfirliyi yaxınlığında toplaşaraq, kömək istəyiblər.

 

Rəsmi məlumata görə, aksiya keçirən Qarabağ erməniləri Ermənistan pasportlarına malik olduqları üçün qaçqın statusu ala bilmirlər.

 

Qeyd edək ki, etirazçılar daha sonra BMT-nin İrəvan ofisinə və  Rusiya, Fransa səfirliklərinə yürüş ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı