Modern.az

XİN-dən ETİRAZ: Rusiya atəşkəsə əməl etmir

XİN-dən ETİRAZ: Rusiya atəşkəsə əməl etmir

Aktual

8 Avqust 2022, 11:46

"Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən, yəni Abxaziya və Cənubi Osetiyadan tez bir zamanda çıxmalıdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müharibənin 14-cü ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib.

 

Qeyd olunub ki, Rusiya 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir:

 

“Rusiyanı Gürcüstana qarşı qanunsuz və təxribatçı əməllərə son qoymağa, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 2008-ci il razılaşması ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırırıq. Bununla bərabər Rusiya qoşunlarını Gürcüstandan çıxarmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı