Modern.az

Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

Aktual

8 Avqust 2022, 11:58

"Türkiyə Qarabağ mövzusunda həmişə haqlının tərəfində olub. Haqlı tərəf Azərbaycandır, qardaş ölkənin  torpaqlarını azad etməsini dəstəkləyirik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə səfirlərinin 13-cü konfransının açılış mərasimində deyib.

 

"Hazırda Türkiyə regionda əməkdaşlıq üçün səylərini davam etdirir. İndi Ermənistana xatırladırıq ki, təxribatları davam etdirməsin. Biz regionda sabitlik üçün çalışırıq. Azərbaycanın haqlı savaşında sonuna qədər yanındayıq”,- deyə XİN başçısı Ermənistanı təxribatlardan çəkinməyə çağırıb.

 

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada Səfirlərin 13-cü Konfransı keçirilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi