Modern.az

Ermənilər Laçından belə çıxır - VİDEO

Ermənilər Laçından belə çıxır - VİDEO

Aktual

8 Avqust 2022, 14:20

Laçında qanunsuz məskunlaşan ermənilər rayonu tərk etməyə başlayıblar.

 

Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin erməni seqmentində videolar yayılıb.

 

Kadrlardan görünür ki, Laçının Zabux kəndini tərk edən ermənilər əşyalarını yığışdırır, özləri ilə apara bilmədiklərini isə yandırırlar.

 

Sosial şəbəkələrdə paylaşılan videolardan biri məktəbdə vəə uşaq bağçasında qeydə alınıb. Belə ki, həmin videoda ermənilərin orada dərslikləri və digər sənədləri də yandırdığı anlar əks olunub. 

 

Qeyd edək ki, ermənilərə Laçından çıxmaları üçün avqustun 25-nə qədər vaxt verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı