Macarıstanın "Ferentsvaroş" klubunu mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ” avrokuboklarda üstünlük əldə edib.
Modern.az xəbər verir ki, Ağdam klubu ən azı Avropa Liqasının qrupunu, eləcə də həmin turnirin mükafatı kimi 3,63 milyon avronu təmin edib.
Bundan əlavə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının qrup mərhələsinə bir mərhələ də yaxınlaşıb.
Ağdam komandası pley-offda Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” pley-offda uduzacağı halda Avropa Liqasının qrupunda mübarizəni davam etdirəcək. Bu zaman "Qarabağ" ardıcıl 9-cu dəfə avrokubokların qrupunda çıxış etmiş olacaq.