Səudiyyə Ərəbistanından olan diplomat Məhəmməd əl-Qahtani Misirdə Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb.
Diplomat tribunada çıxış edərkən qəfil huşunu itirib. Onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün səbəbi hələlik məlum deyil.
Diplomatın son sözləri belə olub: “Rəbbi ilə sağlam qəlblə görüşənlərdən başqa heç kimin dəyəri yoxdur”.