Modern.az

Silah və hərbi texnikaya baxış keçirildi - FOTOLAR

Silah və hərbi texnikaya baxış keçirildi - FOTOLAR

Aktual

10 Avqust 2022, 11:22

“Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində istifadə ediləcək silah və texnikaya baxış keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Ölkəmizi müsabiqədə təmsil edəcək artilleriyaçılarımız silah və döyüş texnikası qəbul ediblər, müsabiqəsinin mərhələlərinin keçirilməsi üsullarının məşq etdirilməsinə başlayıblar. Həmçinin hakimlər heyətinin üzvləri təlim sahəsi ilə tanış olublar.

 

Qeyd edək ki, “Artilleriya atəşinin ustaları” müsabiqəsi avqustun 24-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!